Bu gün İstanbul Kültür Universitetinin tələbəsi və eyni zamanda "Azərbaycan Gənclik Platforması"nın sədri Fariz Vəliyevin təşkilatçılığı ilə adıçəkilən universitetdə Azərbaycan stendi açılıb.
AZXEBER.COM-un məlumatına görə, stendlə İstanbul Kültür Universtetinin Rektoru Erhan Güzel, Universtetinin baş katibi Ender Rıza Ekinci, Azərbaycan Gənclik Platformasının Kültür Universiteti üzrə təmsilçisi Pərvanə Hüseynova tanış olub.
Daha sonra TAP-TANAP Layihəsi ilə bağlı tanıtım konfransı keçirilib. Konfransda Türkiyə Xarici İşlər Nazirliynin məsul şəxsləri də iştirak edib.