Türkiyənin sabiq baş nazirinin oğlu evində ölü tapıldı

Türkiyənin sabiq baş nazirinin oğlu evində ölü tapıldı
DÜNYA
13:50 16.12.2017
1876
Türkiyənin sabiq baş naziri Mesut Yılmazın oğlu Yavuz Yılmazın meyiti evində aşkarlanıb.

38 yaşlı Yavuz Yılmaz silahdan açılan atəşlə həlak olub.

Sabiq baş nazirin oğlunun intihar etdiyi ehtimal olunur. Polis faktla bağlı araşdırmalara başlayıb.

Hadisə zamanı ABŞ-da olan Mesut Yılmaz və həyat yoldaşı Berna Yılmaz Türkiyəyə qayıdır.

Qeyd edək ki, Mesut Yılmaz ilk dəfə 1991-ci ildə 5 ay, 1996-cı ildə 4 ay baş nazir olub. O, 1997-ci ilin 30 iyununda Necmettin Erbakan yerinə baş nazir seçilib və 1999-cu ilin 11 yanvarına qədər hakimiyyətdə qalıb. 1983-2007-ci illər aralığında 6 dəfə millət vəkili seçilib, 1986-1987-ci illərdə mədəniyyət və turizm naziri, 1987-1990-cı illərdə xarici işlər naziri, 2000-2002-ci illərdə baş nazirin müavini olub. 70 yaşlı Mesut Yılmaz 1991-2002-ci illərdə Ana Vətən Partiyasına sədrlik edib.
 
///Qaynarinfo 
 
OXŞAR XƏBƏRLƏR