Türkiyənin tanınmış aktrisası intihar etdi - FOTOLAR

MAQAZİN
12:46 01.02.2013
16475

Onun intihar etməsinin səbəbi sevgilisi tərəfindən tərk olunmasıdır

Türkiyənin cazibədar aktrisası Ceyda Ateş canına qıyıb. 25 yaşlı tanınmış və ehtiraslı aktrisa sevgilisi üzündən intihar etmək istəyib. O, çoxlu dərman içib və huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aktrisa bir müddət əvvəl sevgilisi Can Yurtsevdilə evliliyə hazırlaşırmış. Lakin aralarında yaranan fakir ayrılığına görə, Yurtsevdi Ceyda Ateşi tərk edib. Onun həsrətinə düzməyən aktrisa isə çıxış yolunu ölümdə axtarıb. Can Yurtsevdi isə məsələyə belə aydınlıq gətirib: “Ceyda məndən əl çəkmirdi, hətta istəyirdim polisə müraciət edim. Lakin sonra vaz keçdim. Bu yaxınlarda dostum mənə Ceyda intihar etdi, hazırda xəstəxanadadır, deyə mesaj göndərdi. Mən də, ona “keçmiş olsun” yazdım, lakin xəstəxanaya getmədim. Onunla təkrar birləşməyimiz mümkün deyil”.

OXŞAR XƏBƏRLƏR