Türkiyənin tanınmış müğənnisi pərəstişkarını məhkəməyə verdi

MAQAZİN
13:18 30.01.2013
1697

Gənc pərəstişkarı müğənnini intihar edəcəyi ilə hədələyirmiş.

Türkiyənin tanınmış müğənnilərindən olan Davud Güloğlu öz pərəstişkarını məhkəməyə verib. Vəkili ilə birlikdə İstanbul Ədalət Sarayına gələn Davud Güloğlu gənc pərəstişkarının onu mütəmadi olaraq narahat etdiyini iddia edir. "Son vaxtlar daha çox narahat edir. İndiyə kimi səbr etdik, amma artıq bu həddə çatıb. Evimin qapısına kimi gəlir, çəkiliş meydançasında məni narahat edir. Məsələnin miqyası bir az böyüyüb yəni. Əslində şikayət etmək mənasında deyil, sadəcə onu qorumaq üçün məhkəməyə müraciət etdik. Çünki intihar mövzulu ismarışlar göndərir. Ailəsinin ona yiyə durmasını istəyirəm", - deyə Davud Güloğlu bildirib.

OXŞAR XƏBƏRLƏR