Türkiyənin tanınmış qadın xəstəlikləri mütəxəssisi BAKIDA

SAĞLAMLIQ
21:21 25.06.2022
491
Türkiyənin tanınmış qadın xəstəlikləri və genital estetik cərrahı Dr.Gökçen Erdoğan Azərbaycanda xəstə qəbuluna başlayıb.

AZXEBER.COM  xəbər verir ki, kosmetik ginikologiya sahəsində təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkələrində tanınan cərrah Azərbaycandan müraciət edən xəstələri qəbul etməyə başlayıb. 

Uzun zamandır Türkiyədə və bir sıra Avropa ölkələrində genital estetika sahəsində xanımların bir nömrəli seçimi olan Dr.Gökçen Erdoğan artıq ölkəmizdə də mütəmadi olaraq xəstə qəbulu həyata keçirəcək.

Qardaş ölkədə sözügedən sahələr üzrə çalışan və xüsusilə ginikologiya sahəsində öz sözünü deyən həkim-ginikoloq "İnstagram"da 1 milyondan çox sosial şəbəkə izləyicisinə sahibdir. Xanımların ən çoz müraciət etdiyi həkimlərdən biri olan G. Erdoğanın bu günə kimi 3 kitabı çap edilib və hazırda bu kitablar ən çox satılanlar arasında ön sıradadır.
 
Qeyd edək ki, Dr. Gökçen Erdoğanın marka idarəçiliyini və beynəlxalq təmsilçiliyini "Genext" sağlamlıq və turizm şirkəti həyata keçirir. 

OXŞAR XƏBƏRLƏR