Türkiyənin tanınmış sosial media fenomeni həbs edildi

Türkiyənin tanınmış sosial media fenomeni həbs edildi
DÜNYA
22:17 23.07.2026
399
Türkiyədə Ankara Prokurorluğu tərəfindən sosial media platformalarında etdiyi paylaşımlara görə barəsində istintaq başlanıldılan Fatma Soydaş həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.

AZXEBER.COM bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Bir müddət əvvəl, sosial media fenomeni F.Soydaş haqqında "əhalinin bir hissəsinin dini dəyərlərini açıq-aşkar təhqir etmə" və "pornoqrafik görüntü yayımlama" ittihamları ilə təhqiqat başlamışdı.

İstintaq çərçivəsində F.Soydaş İstanbulda saxlanılıb. O, polis idarəsindəki rəsmi prosedurlardan sonra ifadə verib və həbs olunması tələbi ilə hakim qarşısına çıxarılıb.

Məhkəmə F.Soydaşın barəsində həbs qətimkan tədbiri seçərək onun cəzaçəkmə müəssisəsinə göndərilməsinə qərar verib.
OXŞAR XƏBƏRLƏR