Türkiyənin yeni səfiri Bakıya gəldi

Türkiyənin yeni səfiri Bakıya gəldi
Bütün Xəbərlər
12:55 17.09.2012
1935
Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri İsmayıl Alpər Coşqun Bakıya gəlib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfir etimadnaməsini Azərbaycan prezidentinə təqdim etdikdən sonra rəsmən fəaliyyətə başlayacaq.
Qeyd edək ki, bu ilin aprel ayında Türkiyə prezidenti Abdullah Gül İsmayıl Alpər Coşqunun Azərbaycanda səfir təyin edilməsi barədə sərəncam imzalayıb.
OXŞAR XƏBƏRLƏR