Türkiyənin yerli vaksininin sentyabra kimi hazır olacağı gözlənilir

Türkiyənin yerli vaksininin sentyabra kimi hazır olacağı gözlənilir
DÜNYA
22:12 01.04.2021
501
Türkiyənin ilk və yerli peyvəndi ilə bağlı yekun işlərin avqust, sentyabr aylarında, ümumiyyətlə yayda başa çatacağı gözlənilir.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bundan sonra yerli vaksinin istehsalına başlanacağı gözlənilir.

Nazir qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Türkiyənin 18 vaksini qeydə alınıb və uğurlu nəticələrin əldə olunması ilə bağlı işlər aparılır.
 
///BAKU.WS
OXŞAR XƏBƏRLƏR