Türkiyənin ilk və yerli peyvəndi ilə bağlı yekun işlərin avqust, sentyabr aylarında, ümumiyyətlə yayda başa çatacağı gözlənilir.
Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bundan sonra yerli vaksinin istehsalına başlanacağı gözlənilir.
Nazir qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Türkiyənin 18 vaksini qeydə alınıb və uğurlu nəticələrin əldə olunması ilə bağlı işlər aparılır.
///BAKU.WS