Türkiyəyə ilk yardım Azərbaycandan gəldi

Türkiyəyə ilk yardım Azərbaycandan gəldi
Bütün Xəbərlər
01:33 24.10.2011
1842
Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 145 nəfər xilasedicisi xilasetmə avadanlıqları və xüsusi təlim keçmiş itləri ilə, eyni zamanda özlərinin fəaliyyətini təmin edəcək avadanlıq və ehtiyatlarla birlikdə İL-76 markalı təyyarə ilə 23 oktyabr 2011-ci il tarixində Bakı vaxtı ilə saat 22:45-də Türkiyənin Van şəhərinə yola düşüb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, təqribən 3 saat sonra 2-ci təyyarənin fəlakət bölgəsinə yola düşməsi gözlənilir. 2-ci təyyarə ilə fəlakət bölgəsinə 250 çadır, 3000 ədəd ədyal, 700 ədəd səhra yataq dəsti, 2000 ədəd yataq dəsti, 2 ədəd səhra mətbəxi və əlavə 20 nəfər xidmətedici personalın göndərilməsi planlaşdırılır. Yardımlar davam etdirilir. Qeyd edək ki, oktyabrın 23-də Bakı vaxtı ilə saat 17.41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkr, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.
OXŞAR XƏBƏRLƏR