Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır

Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır
DÜNYA
16:53 24.01.2021
644
Bazar ertəsi Türkiyəyə koronavirus vaksinlərinin ikinci hissəsi çatdırılacaq.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün tvitterdəki hesabında bildirib.

"Vaksinlərin ikinci hissəsi (6,5 milyon doza) ölkəmizə bazar ertəsi axşam gətiriləcək. Çatdırmalar alınma planına uyğun olaraq həyata keçiriləcək ki, vaksinləmə proqramı fasilələrsiz həyata keçirilsin", - nazir qeyd edib.

Türkiyəyə növbəti tədarükü çərçivəsində isə peyvəndlərin 10 milyon dozası çatdırılacaq.
OXŞAR XƏBƏRLƏR