Türkiyəyə müalicəyə göndərilən 4 qazi Vətənə qayıtdı - Fotolar

Türkiyəyə müalicəyə göndərilən 4 qazi Vətənə qayıtdı - Fotolar
SOSİAL
10:37 05.03.2021
366
Ağır yaralanan və müalicə üçün "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb. 

AZXEBER.COM xəbər verir ki, qazilərimiz Mehtixanov Məhəmməd Biroğlan oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Eminov Aqil Vahid oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. 

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib. 

Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 20 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. 

"YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. 
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR