Türkmənistanda FETÖ əməliyyatı - 19 iş adamı tutuldu

Türkmənistanda FETÖ əməliyyatı - 19 iş adamı tutuldu
SİYASƏT
16:30 14.11.2016
1238
Türkmənistanın Ahal vilayətində xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı 19 nəfər saxlanılıb.
 
Məlumata əsasən saxlanılanların böyük əksəriyyəti biznesmenlərdir. Onların hamısı Türkmənistan -Türkiyə məktəbləri və ya Türkiyə universitetlərinin məzunlarıdır. Onlar Fətullah Gülənin yaratdığı "Hizmət" hərəkatı ilə əlaqədə şübhəli bilinirlər.
 
Nəşr xatırladır ki, sentyabrın 13-də Türkmənistan və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Rəsmi məlumatlara əsasən, liderlər bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər. Qeyri-rəsmi məlumatlara görə, telefon danışığı zamanı söhbət "bütün region üçün təhlükə törədə biləcək" Gülən tərəfdarları ilə birgə mübarizədən gedib. 
OXŞAR XƏBƏRLƏR