TURSAM-ın Şimali Kipr təmsilçiliyi yaradıldı

GƏNCLİK
14:55 02.02.2013
1370
Xəbər verildiyi kimi, yenicə yaradılmış TURSAM Strateji Araşdırmalar Mərkəzi artıq bütün Türk Dünyasında baş verən proseslərlə bağlı xəbər, analiz və araşdırmalarını həyata keçirməyə başlayıb.Fəaliyyətini bütün Türk coğrafiyasında həyata keçirən TURSAM artıq Türk dövlətlərində öz təmsilçiliklərini yaratmaq istiqamətində ilk addımlar atmağa başlayıb.01 Fevral 2013-cü il tarixində TURSAM təşkilatının Şimali Kipr Türk Cümhuriyyətində rəsmi təmsilçiliyi yaradılmışdır. TURSAM-ın ŞKTC təmsilçiliyinin rəhbəri vəzifəsinə Gökhan Güler təyin edilib.TURSAM Strateji Araşdırmalar Mərkəzinin Şimali Kipr Türk Cümhuriyyətindəki rəsmi tərəfdaşı isə Azərbaycan-Kipr Dostluq Cəmiyyətidir. AKDC-nin sədri Orxan Həsənoğludur.

OXŞAR XƏBƏRLƏR