“Tutduğun oruc qəbul olunmayacaq, ay bədbəxt...”

“Tutduğun oruc qəbul olunmayacaq, ay bədbəxt...”
Bütün Xəbərlər
14:08 02.07.2014
8061
Bir müddətdir sevgili olan model Səbinə Allahverdiyeva və aparıcı Cavid Gül ayrılıb.
Bu haqda Axşam.az saytına model özü məlumat verib. O deyib ki, şəxsi həyatıyla bağlı gündəmə gəlmək istəmir:
"Amma etiraf edim ki, Cavidlə bir neçə gündür ayrılmışıq. Mənə qarşı düzgün olmayan hərəkətlər etdi. Mən də ayrıldım. Bu haqda ilk və son dəfə danışıram. Mənim üçün bu məsələ bağlandı. Dinə bağlı insanam, mənə belə hərəkətlər edilməməliydi. Sosial şəbəkədəki statusuma gəldikdə isə, kim necə istəyir, o cür də qəbul etsin”.
Qeyd edək ki, S.Allahverdiyeva "Facebook" hesabına bu sözləri yazıb:
“Allah səni bildiyi kimi etsin bu həyatda. Heç vaxt xoşbəxtlik nədi bilməyəsən. Etdiyin ibadət sənə haram olsun. Qıldığın namaz, tutduğun oruc qəbul olunmayacaq ay bədbəxt".
OXŞAR XƏBƏRLƏR