Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan "Twitter" "Bing" tərcümə bazasında tvitlərin tərcüməsi funksiyasını işə salıb.Bu funksiya ilk dəfə 2013-cü ildə sınaqdan keçirilib.Dünyada ən çox istifadə olunan sosial şəbəkələrdən olan "Twitter" artıq istifadəçilərinə yeni funksiyasını təqdim edib.Tvitlərin tərcüməsi "twitter"in veb versiyasında, iOS və Android üçün əlavələrdə, həmçinin "TweetDeck" servisində mümkündür.Artıq rəsmi olaraq işə salınan xidmət 40 dil üçün nəzərdə tutulub.