“Twitter” rəsmi hesabından “Foursquare” ilə ortaqlığını izləyicilərə bildirib.“Twitter” istifadəçiləri qısa müddət ərzində “Foursquare” məlumat bazasına əsasən olduqları yerləri işarələyə biləcəklər.Yeni ortaqlıq sayəsində istifadəçilərin “Twitter” hesablarını “Foursquare”lə əlaqələndirməyinə ehtiyac olmayacaq, elə birbaşa bir tvitlə olduqları məkanı təyin edəcəklər.Bundan başqa, istifadəçilər eyni yerdə olduqları digər istifadəçilərlə də tanışlıq imkanı qazanacaqlar.