UAGB və ASAİF Odessada möhtəşəm forum keçirəcək

GƏNCLİK
11:00 03.05.2013
2087

May ayının 20- 21-də Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna forumu keçiriləcək.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri, Siyasi Elmlər Namizədi Anar Tahirovun AZXEBER.COM-a verdiyi məlumata görə, son illər xaricdə təhsil alan azərbaycanlı gənclərə dövlət qayğısının artırılması Ukraynada təhsil alan 6 minə yaxın azərbaycanlı gənclərə də öz töhfəsini verməkdədir. Belə ki, bu ilin mart ayında İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunda (ASAİF) nəzərə alındığı kimi cari ilin may ayının 20-21 tarixlərində də Ukraynanın Odessa şəhərində azərbaycanlı gənclərin 3–cü ümumukrayna forumu keçiriləcək.

Forumun keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan gənclərinin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifə və tapşırıqların yerinə yetirilməsinə Ukraynada nail olmaqdır. Forumun gedişatında Ukryanada təhsil alan və məzun olmuş gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilinin təmin edilməsi, şəbəkələşmə prosesinin gücləndirilməsi, informasiya mübadiləsi, təbliğat işinin interaktiv həyata keçirilməsi kimi məsələlərdə, gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda Ukrayna -Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır.

Azərbaycan hökümətinin , Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin, ASAİF – in , Ukrayna Gənclər Forumunun, Ümumukrayna Gənclər Assambleyasının dəstəyi və UAGB –nin təşkilatçlığı ilə keçiriləcək forumda Qarabağ həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklər, ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai siyasi həyatına, o cümlədən, dövlət və hökumət strukturlarına inteqrasiya olunması və digər həlli vacib olan məsələlər əsas müzakirə obyekti olacaq. Forumun yekun sənədində Ukraynada təhsil alan Azərbaycanlı gənclərlə şərqi avropa ölkələrində təhsil alan gənclərin gələcək fəaliyyət proqramı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların qarşısında duran vəzifələr, xüsusən də, bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək Prezident seçkilərində gənclərin mövqeyinin bəyan edilməsi öz geniş əksini tapacaqdır.

Odessa şəhərində keçiriləcək forumda Ukraynanın 26 vilayət və şəhərindən, o cümlədən Azərbaycandan və bir sıra Avropa ölkələrindən 300-dən çox nümayəndə ilə yanaşı Azərbaycan və Ukraynanın yüksək çinli dövlət məmurlarının, millət vəkillərinin iştirakı gözlənilir.

Forumun əsas maliyyə xərclərini hər zaman böyük sosial layihələr həyata keçirməklə yüksək nüfuz qazanmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) öz üzərinə gotürüb , qismən maliyyə dəstəyini isə Azərbaycan Gənclər Fondu göstərir.

Forumda iştirak etmək istəyən gənclər may ayının 4 – 15 - nə qədər uayu.org saytında UAGB-nin 3-cü forumu bölməsində ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Qeyd : Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) 2010-cu il aprel ayının 24-də Dnepropetrovsk şəhərində Ukraynanın 19 vilayətində təhsil alan və yaşayan 800 nəfər Azərbaycanlı gəncin qatıldığı 1-ci forumun qərarına əsasən təsis olunmuşdur. Ötən dövr əzində təşkilatlanma sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlu nəticələr əldə edən UAGB Azərbaycanın qədim adət ənənələrinin, zəngin mədəniyyətinin, o cümlədən, azərbaycan həqiqətlərinin ukrayna ictimaiyyətinə çatdirılmasında bir çox silsilə tədbirlər həyata keçirmiş, bu istiqamətdə öz üzərlərinə düşən tarixi missiyanın həyata keçirilməsində əllərindən gələni əsirgəməmişdir. Qısa bir müddətdə Ukraynanın yerli gənclər təşkilatları ilə sıx əlaqələr quran UAGB bir sira səmərəli layihələr həyata keçirməklə fəaliyyət dairələrini dahada genişləndirmişdir. UAGB-nin hazırda Ukraynanın 20 vilayətində regional təşkilatları fəaliyyət göstərir. Bu təşkilatların vasitəsi ilə artıq 3 ildir ki Ukraynada fevral ayı Xocalı ayı elan olunmuş, Ukraynanın bir sıra böyük vilayət və şəhərlərində ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi tarixi cinayət və soyqrım siyasətini özündə əks etdirən silsilə tədbirlər həyata keçirilmişdir. UAGB həmçinin milli və dini bayramlarımızı, zəngin mədəniyyətimizi, o cümlədən Ukraynanın sosial problemlərini ozündə əks etdirən bir çox tədbir və layihələr həyata keçirmişdir.(həyata keçirilən tədbirlərlə UAGB-nin uayu.org saytında daha yaxından tanış olmaq olar )

OXŞAR XƏBƏRLƏR