Uçan keçidin kimə məxsus olması bilindi

Uçan keçidin kimə məxsus olması bilindi
Bütün Xəbərlər
12:36 03.06.2014
1819
Ötən gün Şıxov qəsəbəsində uçan piyada keçidinin kimə məxsus olması məlum olub.

AZXEBER.COM “Qafqazinfo.az”a istinadən xəbər verir ki, , sözügedən “Grand Park” keçmiş prokuror Şükür Rzayevə məxsusdur. Ş. Rzayev 1994-1998-ci illərdə Bakı Şəhər prokuroru vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Ş. Rzayev millət vəkili Rövşən Rzayevin atasıdır. 

Xatırladaq ki, ötən gün Səbail rayonu, Bakı-Salyan yolu üzərində quraşdırılmış yerüstü piyada keçidi yükqaldırıcı kran maşınının sürətlə ona dəyməsi nəticəsində uçub. Hadisə nəticəsində ümumilikdə 6 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR