Ucar rayonunda daha bir zorlanma xəbəri yayılıb.
Rayon sakinləri Milli.Az-a yazırlar ki, Boyat kənd məktəbində kitabxana müdiri şagirdi zorlayıb.
Məlumata görə, məktəbin işçisi Ruhiddin Nəzərov 10-ci sinifdə oxuyan A.H.-ni zorlayıb. R.Nəzərov Boyat kəndinin icra nümayəndəsi Ənvər Nifətəliyevin kürəkənidir.
Məktəbin direktoru Bəylər Mirzəyev açıqlamasında belə bir hadisənin olmadığını deyərək yayılanları şayiə adlandırdı. Lakin sonradan bildirdi ki, bu şayiəni bilərəkdən yayıblar. Prokurorluqda zorlanma ilə bağlı fakt araşdırıldı və təsdiqini tapmadı.
Qeyd edək ki, bir müddət əvvəl isə Bağman kəndində məktəb direktorunun oğlu atasının şagirdi ilə seksual xarakterli hərəkətlər etdiyinə görə həbs edilmişdi.