Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Bakı-Göyçay marşrutu ilə hərəkət edən “Hyundai” markalı, 90 JZ 369 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 10-dan çox sərnişin yaralanıb. Faktla bağlı araşdırma aparılır.