Ucarda avtomobil piyadanı vurdu

Ucarda avtomobil piyadanı vurdu
Bütün Xəbərlər
11:00 09.11.2013
811

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

BDYPİ-dən AZXEBER.COM-a verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax yolunun Ucarın “Dördyol” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, rayonun Rəstəcə kənd sakini, 41 yaşlı Malik Salik oğlu Məmmədov yolu keçərkən “KamAZ” markalı yük maşını onu vurub. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR