Ucar rayonu, Quləbənd kəndində su kanalında boğulan şəxsin meyiti tapılıb.
AZXEBER.COM xəbər verir ki, 29 avqust 2016-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonu, Quləbənd kəndində Qəryan su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
07 sentyabr 2016-ci il tarixində 1973-cü il təvəllüdlü Quliyev Təhmuraz Hüseyn oğlunun cəsədi batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 13:35-də başa çatıb.