Ucarda narkotik tərkibli bitki becərən şəxslər tutuldu
Bütün Xəbərlər
11:12 22.07.2014
904
Ucar rayonunda narkotik tərkibli bitki əkib-becərən şəxslər saxlanılıb.Rayon Polis Şöbəsindənverilən məlumata görə, şöbəyə daxil olmuş məlumat əsasında rayonun Koroğlu küçəsi-9 nömrəli evdə yaşayan 1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynov Rahil Hüseyn oğlunun evinə və həyətyanı sahəsinə baxış keçirilib. Polis əməkdaşları həyətyanı sahədən 84 ədəd çətənə kolu, yaşadığı evdən kibrit qutusunun içərisindən 24 ədəd çətənə kollarının toxumları və həyətdə olan avtomobil təmir sexindən 3 ədəd siqaret qutularının içərisindən, ümumi çəkisi 48,5 qram qurudulmuş marixuana aşkar edərək götürüblər. R.Hüseynovun qonşusu, 1964-cü il təvəllüdlü Məcidov Rövşən Həsən oğlunun həyətyanı sahəsinə baxış keçirilərkən oradan 7 ədəd çətənə kolu aşkar edilib. Hər iki şəxs saxlanılaraq istintaq bölməsinə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.