Ucuz bilet almaq istəyənlərin diqqətinə - Açıqlama

Ucuz bilet almaq istəyənlərin diqqətinə - Açıqlama
SOSİAL
23:49 21.07.2026
902
İstirahət mərkəzləri, hotellər və ya turizm xidmətləri üçün bazar qiymətindən xeyli aşağı məbləğ təklif edərək vətəndaşlardan əvvəlcədən ödəniş alınması, lakin sonradan xidmətin göstərilməməsi və ya ümumiyyətlə belə təklifin mövcud olmamasının üzə çıxması hüquqi baxımdan dələduzluq əlamətləri yarada bilər. Bu cür hallarda əsas meyar şəxsin əvvəlcədən aldatmaq niyyəti ilə özgənin pulunu və ya əmlakını ələ keçirməsidir.

İstirahət məkanlarına "ucuz bilet" və ya bazar qiymətindən aşağı qiymətə xidmət vəd edərək vətəndaşları aldatmaq hüquqi baxımdan hansı cinayət tərkibini yaradır? Belə hallarda zərərçəkənlər hüquqlarını necə qoruya və dələduzluq faktını sübut etmək üçün hansı sənəd və sübutları toplamalıdırlar?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Misirə Xəlilzadə bildirib ki, bu hal hüquqi baxımdan konkret şəraitdən asılı olaraq əsasən dələduzluq cinayətinin tərkibini yarada bilər.

"Əgər şəxs əvvəldən vətəndaşın etibarından sui-istifadə edərək və ya aldatma yolu ilə "ucuz bilet" və ya bazar qiymətindən aşağı qiymətə xidmət göstərəcəyini vəd edib pul alır, lakin əslində həmin xidməti göstərmək niyyətində olmursa və pulu mənimsəyirsə, bu hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq əməlinin əlamətlərini daşıya bilər.

Cinayətin tövsifi vurulmuş ziyanın məbləğindən, zərərçəkənlərin sayından, əməlin təkrar törədilib-törədilməməsindən və digər hallardan asılı olaraq dəyişə bilər. Belə hallarda zərərçəkən şəxslərin hüquqlarını qorumaq üçün mümkün qədər tez hüquq-mühafizə orqanlarına müraciət etmələri vacibdir. Daxil olan müraciət əsasında araşdırma aparılır və toplanmış sübutlar qiymətləndirilir.

Dələduzluq faktının sübut olunmasına kömək edə biləcək əsas sübutlar pul köçürməsinə dair qəbzlər, bank çıxarışları, yazışmalar, ödənişi təsdiq edən digər sənədlər, şahid ifadələri və digər sübutlar ola bilər.

Əgər bu cür hallarla qarşılaşmısınızsa, sübutları silməmək, yazışmaları və ödəniş sənədlərini saxlamaq, eləcə də polisə təqdim etmək araşdırmanın effektivliyi baxımından mühüm əhəmiyyət daşıyır. Şəxsin əməlinə hüquqi qiymət isə hər bir iş üzrə konkret faktlar və toplanmış sübutlar əsasında istintaq orqanı və məhkəmə tərəfindən konkret işin hallarına uyğun olaraq verilir”, - deyə Misirə Xəlilzadə fikrini yekunlaşdırıb.

Xatırladaq ki, ötən gün Bakıda istirahət məkanlarına bilet satacağını deyərək dələduzluq edən şəxs saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı