Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama
SOSİAL
22:23 27.07.2026
263
Yay mövsümünün ən qızğın dövründə istirahət üçün bölgələrə üz tutanların sayının artması hotellərdə və istirahət mərkəzlərində qiymətlərin də yüksəlməsinə səbəb olur. Xüsusilə həftəsonları müşahidə edilən bu qiymət fərqi bir çox vətəndaşın büdcəsinə təsir göstərir. Bəs qiymət artımının əsas səbəbi nədir və daha sərfəli istirahət üçün hansı seçimlər etmək olar?

Turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, yay aylarında, xüsusilə də həftəsonları turizm obyektlərinə tələbatın kəskin artması qiymət siyasətinə birbaşa təsir edir:

Onun sözlərinə görə, həftəsonu yerləşmə tarifləri əksər hallarda həftəiçi qiymətlərlə müqayisədə 10–30 faiz daha yüksək olur:

"Bəzi hotellər həftəsonu üçün ən azı iki gecəlik rezervasiya şərti tətbiq edir. Bundan əlavə, rezervasiyanın son günlərə saxlanılması da qiymətlərin daha yüksək olmasına səbəb ola bilər. Həftəiçi günlərdə həm doluluq səviyyəsi aşağı olur, həm də istirahət etmək daha münasib qiymətə başa gəlir. Erkən bron imkanlarından yararlanmaq və endirim kampaniyalarını izləmək xərcləri əhəmiyyətli dərəcədə azaltmağa kömək edir. Həmçinin, məşhur turizm məkanları ilə yanaşı, xidmət keyfiyyəti yüksək olan, lakin daha az tanınan alternativ istiqamətlərin də nəzərdən keçirilməsi məqsədəuyğundur”.

Ekspertin sözlərinə görə, həftəsonu qiymətləri həftəiçi ilə müqayisədə 10-30 faiz daha baha olur. Hətta bəzi hotellər həftəsonu üçün minimum iki gecəlik bron tələbi qoyur. Otaqları son günlərə saxlamaq da xərcləri artırır. Həftəiçi günlərdə isə həm sıxlıq az olur, həm də istirahət daha ucuza başa gəlir. Xərcləri azaltmaq üçün erkən bron imkanlarından yararlanmaq, endirimləri izləmək və az tanınan alternativ məkanlara üstünlük vermək tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR