“Çudo Peçka” müştərilərinə yeni dadlar təqdim etməyə davam edir. “Yeni dad” layihəsi ilə ötən ay 6 yeni tortunu satışa çıxaran şirkət bu ay həmin layihənin davamı olan yepyeni piroqlar hazırlayıb.
“Armudlu”, “Qozlu-şokaladlı” və “Tort-Piroq” adlı piroqlar bu həftədən satışa çıxarılıb. Avropalı mütəxəssisin reseptləri ilə hazırlanan bu qənnadı məhsulları klassik piroqlardan bir qədər fərqlənir. Piroqlar yaz və yay fəslinin ən sevilən şirniyyatlarındandır. Bu fəsillərdə arıqlamağa çalışan və piroq yeyə bilməyən şəxslərin köməyinə “Tort-Piroq” çatacaq. Bu piroq xüsusi olaraq diet saxlayanlar nəzərdə tutularaq hazırlanıb. Kalorisi azdır, meyvəsi boldur. Həmçinin adında “tort” sözünün olması da əbəs yerə deyil. Bu piroq görünüşcə torta bənzəyir. Bədii dillə “tort-piroq”u təsvir etsək ona “torq qiyafəli piroq” demək olar. Alıcılar bu piroqu tort niyyəti ilə də ala bilər.
“Çudo Peçka” “Yeni dad” layihəsini fevralın sonlarından başladıb. Layihə ilə Avropalı məşhur qənnadı ustasını Bakıya dəvət edərək xüsusi reseptlərlə tamam fərqli qənnadı və şirniyyat məhsullarının hazırlanmasına start verilib. Əvvəlcə tortlar müştərilərə təqdim olundu, indi isə yeni piroqlar. Layihə çərçivəsində daha bir neçə növ şirniyyat və qənnadı məhsulları hazırlanıb növbə ilə müştərilərə təqdim olunacaq.