“Qarabağ” bu gün həlledici oyuna çıxır

“Qarabağ” bu gün həlledici oyuna çıxır
İDMAN
08:22 30.07.2026
143
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin təkrar görüşləri keçirilir.

AZXEBER.COM xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə Bolqarıstanın "ÇSKA Sofiya" (Bolqarıstan) komandası ilə qarşılaşacaq.

Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, bu cütün qalibi Avropa Liqasının III təsnifat mərhələsində "Şerif" (Moldova) - "Makkabi Təl-Əviv" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR