UEFA-dan Əliyar Ağayevə VAR icazəsi

UEFA-dan Əliyar Ağayevə VAR icazəsi
İDMAN
20:19 31.05.2019
5411

Aprelin 19-dan 26-dək Türkiyənin Antalya şəhərində UEFA tərəfindən "Video Köməkçi Hakim" (VAR) sertifikat turniri keçirilib. 

AZXEBER.COM AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin sonunda setrifikat alan hakim və hakim köməkçilərinin VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala bilməsi üçün UEFA tərəfindən IFAB-a müraciət edilib və müsbət cavab alıb.

Bununla bağlı UEFA-dan AFFA-nın Hakimlər Komitəsinə məlumat daxil olub.
Bildirilib ki, FIFA referisi Əliyar Ağayev, FIFA referi köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala biləcəklər.

OXŞAR XƏBƏRLƏR