UEFA-dan "Qalatasaray"a xəbərdarlıq

İDMAN
09:56 14.12.2013
1229
UEFA "Qalatasaray" klubuna xəbərdarlıq edib. 
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi Türk Telekom Arenanın ot örtüyünü Çempionlar Liqasının 1/8 finalına qədər düzəltmək məcburiyyətindədir.UEFA yanvar ayında heyət göndərərək klubun meydançasına baxış keçirəcək. Bu heyətdən mənfi bir rəy çıxması halında sarı-qırmızılılar matçlarını başqa bir stadionda oynamaq məcburiyyətində qalacaq. Bu hal baş verərsə Qalatasaray Çempionlar Liqası çərçivəsində növbəti matçını heyətin təsdiq etdiyi başqa bir stadionda və yaxud Türkiyədə UEFA standartlarına uyğun bir stadionda oynayacaq."Qalatasaray" klubu Türk Telekom Arenanın zəmininin yenilənməsi ilə bağlı artıq işlərə start verib. Belə ki, Türkiyə Kubokundakı "Balıkesirspor" matçını İzmirdə oynamaq üçün federasiyaya müraciət edib.Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasında bu mövsüm meydançanın ot örtüyünündən əziyyət çəkən ilk komanda deyil. UEFA ÇSKA Moskvanı da meydançasının ot örtüyünün pis vəziyyətdə olması səbəbi ilə oyunlarını başqa bir stadiona keçirdib. Rus klubu D qrubundakı ilk matçında "Viktoria Pilsen"i Sank Peterburq şəhərində qonaq etmək məcburiyyətində qalmışdı.
OXŞAR XƏBƏRLƏR