UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
İDMAN
09:06 20.10.2026
248
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

AZXEBER.COM xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin III turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.

Matçın baş hakimi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq.

Xatırladaq ki, "Sabah" hazırda Liqa mərhələsində 3 xalla 22-ci, eyni xala malik qonaqlar 18-ci pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR