UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qarşı

UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qarşı
İDMAN
09:26 20.08.2026
233
"Qarabağ" klubu bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxır.

AZXEBER.COM xəbər verir ki, təmsilçimiz bu mərhələnin ilk oyununda Niderlandın "Tvente" klubunun qonağı olacaq.

Niderlandın Ensxede şəhərində yerləşən "Qrols Veste" arenasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Bu cütün cavab qarşılaşması isə avqustun 27-si, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

20 avqust

Saat 22:00, "Tvente" - "Qarabağ".
OXŞAR XƏBƏRLƏR