UEFA 17 yaşadək futbolçulardan ibarət Rusiya millisi ilə bağlı qərarını ləğv edib.
Bu barədə qitə futbol qurumunun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Qurum daha əvvəl Rusiyanın U-17 yığmasının beynəlxalq turnirlərdə iştirakına icazə vermişdi. Lakin bir çox ölkələrin etirazı səbəbindən Rusiya yığmasının beynəlxalq turnirlərə qatılmaqla bağlı qadağa qərarı bərpa olunub.