UEFA İntizam Komitəsi Rusiya millisini cəzalandırıb.Cəzaya səbəb rusiyalı azarkeşlərin AÇ-2012-nin qrup mərhələsində Polşa ilə keçirilən oyundan sonra qalmaqal yaratmaları olub. Varşavada keçirilən qalmaqallı görüşdən sonra yaşananları araşdıran UEFA Rusiya Futbol Federasiyasına (RFF) 120 min avro cəza kəsib.Üstəlik, Rusiya millisi AÇ-2016-nın seçmə mərhələsinə mənfi 6 xalla başlayacaq. Lakin cəza şərti xarakter daşıyır. Yəni bu cəza yalnız o halda qüvvəyə minəcək ki, rusiyalı fanatlar AÇ-2016-nın seçmə mərhələsində yenə oxşar hərəkətləri təkrarlayacaqlar.