UEFA yenidən Azərbaycanla Ermənistanın bir qrupa düşməsinə icazə verməyəcək

İDMAN
10:20 03.12.2013
846

Futbol üzrə 2016-cı il Avropa Çempionatının seçmə turnirinin püşkatması və hazırlanması ilə bağlı bəzi detallar məlum olub.

AZXEBER.COM-un Rumıniya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Azərbaycan və Ermənistan yığmaları yenidən püşkatma zamanı ayrılacaqlar.Xatırladaq ki, bu yığmalar Avro-2008-in seçimlərində bir qrupa düşmüşdülər, ancaq o zaman federasiyalar matçlar barədə razılığa gələ bilmədiyindən görüşlər baş tutmamışdı.

Bundan sonra UEFA Azərbaycan və Ermənistanın ayrı-ayrı qruplara düşməsini təmin edir. Eləcə də, Rusiya və Gürcüstan, İspaniya və Cəbəllüttariq yığmaları da bu qaydada püşkatmadan keçirlər.

OXŞAR XƏBƏRLƏR