Uitni Hyustonun rəfiqəsindən şok etiraf: Onu sevdiyimi bilirdi və hisslərimiz qarşılıqlı idi

MAQAZİN
23:39 07.11.2019
7837
Dünya şöhrətli pop ulduz, mərhum Uitni Hyuston və onun ən yaxın dostu Robin Krauford arasındakı münasibətlər illər keçsə də, yenə müzakirə olunur və bu mövzu aktuallığını itirmir.
 
Rəfiqələr 80-ci illərdən bəri ayrılmaz və çox yaxın olublar. Uitninin vəfatından yeddi ildən çox vaxt keçib. Robin cəsarətini toplayaraq, Hyustonla aralarında yaşananları bütün çılpaqlığı ilə danışmaq qərarına gəlib. Onun sözlərinə görə, Uitni ilə olan münasibətləri təkcə dostluqla məhdudlaşmayıb:

"Biz birlikdə olmaq istəyirdik, yalnız ikimiz. Heç vaxt aramızda yaşananları üzə çıxartmırdıq, sadəcə həyatımızı yaşayırdıq və həmişə belə olacağına ümid edirdik”.

Qızlar yeniyetmə ikən görüşüblər, dərhal bir-birlərini bəyəniblər və tezliklə aralarında romantik hisslər yaranıb. Robin, Hyustonla aralarında yaşanan "fiziki yaxınlığı” musiqi karyerasına zərbə altına düşəcəyindən qorxaraq, bitirmək qərarına gəldiyi bildirib:

"O dedi ki, artıq aramızda fiziki yaxınlıq olmayacaq, çünki hər şeyi çətinləşib. Söylədi ki, əgər insanlar bizim haqqımızda məlumatlı olsalar, bundan bizə qarşı istifadə edəcəklər”.

Uhitninin ailəsi həmişə onların bu münasibətlərinin əleyhinə olub. Pop ulduzun sözlərinə görə, anası iki qadın arasındakı münasibətləri hər zaman qeyri-təbii hesab edib.

"Ancaq Uitni onu sevdiyimi bilirdi və hisslərin qarşılıqlı olduğunu bilirdim. Biz bir-birimiz üçün idik və hər zaman belə olacağımızı vəd etmişdik”, - deyə 58 yaşlı Robin müsahibəsini yekunlaşdırıb.

Qeyd edək ki, Uitni Hyuston 2012-ci ilin fevralında qəflətən dünyasını dəyişib. Onun qaldığı hoteldə yüksək dozada narkotik qəbul etdiyi, üzüüstə vannaya yıxılaraq, boğulduğu müəyyənləşib.

Uitni Hyuston bütün sərvətini qızına bağışlayıb.
///oxu.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı

17:50 13.07.2020

Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb

17:27 13.07.2020

Ermənilər itkilərini etiraf etməyə başladılar

17:22 13.07.2020

MTRŞ-dan telekanallara: Daha operativ davranmağı tövsiyə edirik

17:12 13.07.2020

KTMT-nin təcili iclası təxirə salındı

16:51 13.07.2020

"Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub" - Müdafiə Nazirliyi

16:47 13.07.2020

Deputat: “Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki…”

16:44 13.07.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı 24 570 nəfər çatdı

16:35 13.07.2020

Azərbaycanda daha 527 nəfərdə koronavirus aşkarlandı - 7 nəfər vəfat etdi

16:21 13.07.2020

Mehriban Əliyeva: "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq"

16:10 13.07.2020

Müdafiə Nazirliyi yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi