Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib

Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib
DÜNYA
18:20 17.08.2025
516
Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd edib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib.

"Bizə real danışıqlar lazımdır. Bu o deməkdir ki, onlar indi cəbhə xəttinin olduğu yerdən başlaya bilərlər. Təmas xətti danışıqlar üçün ən yaxşı xəttdir. Avropalılar bunu dəstəkləyir və biz hamıya təşəkkür edirik", - Zelenski deyib.

Ukrayna lideri həmçinin qeyd edib ki, Rusiyanın Donetsk bölgəsində heç bir uğuru yoxdur və 12 ildir Kreml rəhbəri Vladimir Putin bu ərazini ələ keçirə bilmir:

"Ukrayna Konstitusiyası ərazilərin təhvil verilməsini mümkünsüz edir.Ərazi məsələsi çox vacib olduğu üçün onu ancaq Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü zamanı Ukrayna və Rusiya liderləri müzakirə etməlidir. Hələlik Rusiya üçtərəfli görüşün baş tutacağına dair heç bir əlamət göstərməyib".

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Ağ Evin rəhbəri Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir.

/report
OXŞAR XƏBƏRLƏR