Ukrayna Azərbaycanlı Gənclər Birliyindən daha bir uğur

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən daha bir uğur
GƏNCLİK
16:30 28.12.2012
1506

Ukrayna Azərbaycanlı Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Poltava vilayətində növbəti regional təşkilatlarını yaratmaqla yeni bir uğurlarına imza atıblar.

Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, bu münasibətlə Poltava Dövlət Ticarət İqtisad Universitetinin geniş iclas salonunda bir araya gələn gənclər və tələbələr Azərbaycan və Ukraynanın dövlət himnlərini oxumaqla birlik və həmrəyliklərini təmin ediblər.

Toplantıda Poltava Dövlət Ticarət və İqtisad Universitetinin prorektoru Oksana Marçenko çıxış edərək, Poltava vilayətinin müxtəlif ali təhsil ocaqlarında 300-dən çox azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb. Və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Poltava vilayət təşkilatının yaradılmasının müstəsna əhəmiyyətindən danışıb .

Oksana Marchenko yeni yaranan təşkilata gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə 2-ci katibi Asim Osmanov çıxış edərək azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, o cümlədən Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklərdən danışıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə yeni yaradılan UAGB-in Poltava vilayət təşkilatının nümayəndələrinə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin təbriklərini çatdırıb. Toplantıda Həmrəylik Gününün tarixi əhəmiyyətindən bəhs edən UAGB-in sədri Anar Tahirov Ukraynada rəhbərlik etdiyi birliyin sayca 20-ci regional təşkilatının Poltava şəhərində yaradılmasının belə bir əlamətdar bayram ərəfəsinə düşməsinin rəmzi məna daşıdığını vurğulayıb. "Biz gənclər harada yaşamağımızdan asılı olmayaraq ulu öndərimizin dünya azərbaycanlılarına ərmağan qoyub getdiyi milli dövlətçilik ideologiyasına xidmət etməliyik" deyən Anar Tahirov son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf edərək dünyanın aparıcı dövlətləri arasında öz layiqli yerini tutmasının fərəhləndirici hal olduğunu diqqətə çatdırıb.Tədbirdə çıxış edən ASAİF -in sədri Ramin Həkimov dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan gənclərə dövlət qayğısından söz açıb .Poltavada yeni yaranan gənclər birliyinə gələcək işlərində uğurlar arzulayıb. Tədbirə qatılanlara minnətdarlığını bildirən UAGB-in Poltava vilayət təşkilatının sədri Elvin Osmanov yeni yaradılan qurumun gələcəkdə həyata keçirəcəyi tədbirlər planı haqqında ətraflı məlumat verib . Təbdirdə Poltavada yaşayan və təhsil alan gənclərin ifasında geniş konsert və maraqlı səhnəciklər nümayiş etdirilib .Sonra tədbir iştirakçıları Bakı Slavyan Universitetinin Poltava Dövlət Ticarət -İqtisad universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi ilə tanış oldular. Mərkəzin rəhbəri Yaşar Alxasov Poltovada UAGB-in regional təşkilatının yaradılmasının xüsusi əhəmiyyətindən danışaraq gələcəkdə gənclərlə birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib