Ukrayna Rusiyanın cənubundakı neft kəmərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Xəzər Boru Kəməri Konsorsiumunun verdiyi açıqlamaya görə, Kropotkinskaya nasos stansiyası hədəfə alınıb və Qazaxıstandan neft daşınması əhəmiyyətli dərəcədə pozulub.
Gecə boyu Rusiyaya qarşı təşkil edilən hücumlarda Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusuna aid 147 İHA-dan 83-nü vurduğunu, 59-nun isə itdiyini bildirib.
Digər tərəfdən, Rusiya əsgərləri Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonuna hücum edib.
Marhankada 4 nəfər yaralanıb, bir çox yaşayış evləri və mülki infrastruktura ciddi ziyan dəyib.
Mikayıl