Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır

Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
DÜNYA
17:13 16.05.2025
375
Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada döyüş əməliyyatlarının dayandırılmasını müzakirə etməyə hazır olduğunu bildirib.

O, Tiranada "Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bunu bəyan edib.

"Bildiyiniz kimi, ötən gün Ankarada idim. Buna görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirirəm. Mən istər İstanbulda, istərsə də Ankarada Prezident Vladimir Putinlə danışıqlara hazır idim. Bu münaqişəni tam şəkildə başa çatdırmağa hazır idim. Lakin hamınızın gördüyü kimi, bu baş vermədi, çünki Putin özü gəlmədi, yalnız nümayəndə heyəti göndərdi", - V.Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya ilə danışıqlar üçün İstanbulda olan Ukrayna nümayəndə heyəti qərar qəbul etmək üçün bütün səlahiyyətlərə malikdir: "Prezident Putini öz danışıqlar qrupunu lazımi səlahiyyətlərlə təmin etməyə çağırıram ki, onlar qərar qəbul edə bilsinlər".
 
///report
OXŞAR XƏBƏRLƏR