Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə növbəti üçtərəfli görüş də Əbu-Dabidə keçiriləcək.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O, üçtərəfli görüşün dəqiq vaxtının hələ müəyyən edilmədiyini söyləyib.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar baş tutub.
///axar.az











































