Ukrayna MDB sazişindən çıxır

Ukrayna MDB sazişindən çıxır
DÜNYA
05:38 21.08.2026
280
Ukrayna Ali Radasında MDB ilə tikinti lisenziyalarının qarşılıqlı tanınması haqqında sazişdən çıxmaq barədə qanun layihəsi qeydiyyata alınıb.

Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

"Ukrayna Nazirlər Kabineti Ali Radada "Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin lisenziyalaşdırma orqanları tərəfindən verilən tikinti fəaliyyəti üçün lisenziyaların qarşılıqlı tanınması haqqında Sazişdə iştirakın dayandırılması haqqında” qanun layihəsini qeydiyyata alıb”, - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR