Keçmiş SSRİ-nin tanınmış müğənnisi Sofiya Rotaru oğlu və nəvəsi ilə birlikdə Ukrayna-Moldova sərhədini qanunsuz keçərkən Ukrayna sərhədçiləri tərəfindən saxlanılıb.
AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, saxlanılanlar arasında çağırış yaşında olan 8 ukraynalı və bələdçilik edən Moldova vətəndaşı olub. Bələdçi onları qayıqla Moldovaya keçirmək istəyib.
Onları hamısı saxlanılıb. Saxlanılanlar arasında Sofiya Rotarunun oğlu Anatoli Yevdokimenko və nəvəsi Anatoli Yevdokimenko da olub.