Ukrayna Ordusu uzunmüddətli hücuma hazırdır - Xersonda son durum

Ukrayna Ordusu uzunmüddətli hücuma hazırdır - Xersonda son durum
DÜNYA
19:31 31.08.2022
327
Xerson küçələrində avtomatdan atəş səsləri eşidilib. Bölgədə döyüşlər son sutka boyu davam edib.
 
AZXEBER.COM "Report"a istinadən son sutkada şiddətli döyüşlərin getdiyi Ukraynanın Xerson vilayətindən son məlumatları təqdim edir.

Vilayət Hərbi Administrasiyasının məlumatına görə, şəhərin mikrorayonlarından birində Rusiya hərbçiləri partizanları axtarmaq üçün evlərdə axtarış aparıblar.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhərki hesabatında Xerson vilayətində baş verənləri şərh etməyib.

Böyük Britaniya kəşfiyyatı isə Ukrayna hərbçilərinin ölkənin cənubunda Rusiya işğalçılarına qarşı hücumda artıq müəyyən uğurlar əldə etdiyini bildirib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində cəbhə xəttini irəli çəkməyə nail olub: "Rusiya çox güman ki, əvvəlcədən təyin edilmiş mobil ehtiyat bölmələrindən istifadə edərək öz xəttindəki boşluqları bağlamağa çalışacaq. Onların arasında, yəqin ki, Şərq Qoşunları Qrupunun nümayəndələri də olacaq. Bu bölmələrin operativ səmərəliliyi məlum deyil. 3-cü Ordu Korpusu, çox güman ki, tam komplektləşdirilməyib və bu döyüşçülər məhdud hazırlıqdan keçiblər".

Bundan başqa, Ukraynanın "Riq-Melitopol" teleqram kanalı xəbər verir ki, avqustun 31-də səhər saatlarında hərbi texnika karvanları Melitopoldan keçərək Xersona doğru hərəkət edib: "Bu gün saat 05.30-da "Beynəlmiləlçi döyüşçülər" küçəsi ilə 7 ədəd "Ural" və "KamAZ" markalı yük maşınlarından ibarət qapalı tentli kolonna keçib. Saat 06.00-da tentli 8 yük maşınından ibarət daha bir karvan həmin küçə ilə şimaldan cənuba doğru irəliləyib. 06.30-da silahları olan 45 "Ural", "KamAZ" eyni marşrutla gedib".

ABŞ mərkəzli Müharibənin Araşdırılması İnstitutu (MAİ) bildirib ki, Ukrayna hərbçiləri tərəfindən Rusiya qoşunlarının təchizat yollarının məhv edilməsi Ukrayna Silahlı Qüvvələrinin regionda uzunmüddətli hücuma hazır olduğunu göstərə bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
10:24 13.07.2026
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
10:19 13.07.2026
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
Pensiyalar nə vaxt veriləcək?
10:14 13.07.2026
Pensiyalar nə vaxt veriləcək?
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
10:09 13.07.2026
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
10:07 13.07.2026
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
10:06 13.07.2026
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
10:04 13.07.2026
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
10:03 13.07.2026
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
10:01 13.07.2026
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
09:59 13.07.2026
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
09:50 13.07.2026
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
09:48 13.07.2026
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
09:46 13.07.2026
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
09:41 13.07.2026
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
09:40 13.07.2026
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb
09:32 13.07.2026
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb