Ukrayna ordusuna qatılan azərbaycanlı qız danışdı - MÜSAHİBƏ

MÜSAHİBƏ
13:20 27.04.2023
22698
Artıq bir neçə gündür ki, sosial şəbəkədə Ukrayna ordusunun hərbi geyimində olan xanımın azəri musiqisinə rəqsi hər kəsin diqqətini çəkməkdədir.
 
Bəs bu xanım kimdir və niyə hərbi formada rəqs edir?
 
Videoda "Bəri bax" Azərbaycan mahnısının sədaları altında rəqs edən xanımın adı Samirədir və Nikolayevdəndir. 
 
Əslən azərbaycanlı olan və Ukrayna ordusunda döyüşən Samirə Morozun AZXEBER.COM-a müsahibəsini təqdim edirik:
 
- Samirə özünüzü təqdim edin.
- Mən Moroz Samirə Vidadi qızıyam. 4 yaşından ailəmizlə birgə Ukraynaya köçmüşük. Atam, anam Xatirə xanım böyük bacılarım məndən 2 yaş böyük Elnurə, 1 yaş böyük Aynurə və iki yaş kiçik Zaur.

- Hardan köçmüşüz?
- Valideynlərim əslən hazırda  Ermənistanda olan Göyçə mahalı Basarkeçər, sonralar Vardenis adlandırılan rayonun Sovetkənd kəndindəndirlər. 1987-ci ildə rusların dəstəyilə ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasətinin son dalğası zamanı Azərbaycana köç ediblər. Ordan isə Ukraynaya gəlmişik.

- Soyadınız niyə Morozdur?
- Mənim 40 yaşım var. 22 il öncə ukraynalı Oleksandr Viktoroviç Morozla ailə qurub onun soyadını götürmüşəm Böyük övladımız Ruslanın 20, ortancıl Teymurun 16, kiçik qızım Yasminanın isə 4 yaşı var.

- Adətən Azərbaycanlı oğlanlar ukraynalı qızlarla ailə qurur.
- Bəzən belə də olur (gülür)

- Dini fərqliliyi necə həll etdiz?
- Mən dedim ki, o bizim dinimizi qəbul etsə daha yaxşı olar. Oleksandr da islamı seçdi. 22 bir yerdəyik.
 
- Hərbi formada Azərbaycan musiqisi ilə rəqsinizdən danışaq biraz
- İlk öncə qeyd edim ki, mən 2014-cu ildən könüllü kimi ordunun yanında olmuşam 2022-ci ildən isə hərbçiyəm. Ukrayna Silahlı qüvvələri (ZSU) dəniz piyadalarında rabitəçiyəm. Yoldaşım isə quru qoşunlarındadır.

Rəqsə gəldikdə isə mən həyatımın böyük hissəsini Ukraynada keçirsəm də, ana vətənimi heç zaman unutmuram. Azərbaycan hər zaman qəlbimdədir, bu sevgini, hissləri sözlərlə ifadə edə bilmirəm. Özümü hər iki xalqa məxsus hesab edirəm və əminəm ki, həm Azərbaycan, həm Ukrayna xalqları qələbəyə və sevgiyə layiqdirlər. Yəni birinci azərbaycanlıyam, ikincisi Azərbaycan musiqisini, üçüncüsü də rəqs etməyi sevirəm deyə o video ortada çıxdı.

- Azərbaycanla bağlı daha nə deyə bilərsən?

- Bilirəm ki, 1990-cı bizi doğma yurdumuzda qovandan sonra ermənilər Dağlıq Qarabağda da rusların dəstəyi ilə separatçılıq hərəkətlərinə başladılar və bu müharibə, sonra da o keçmiş muxtar vilayət və 7 rayonumuzun itirilməsi ilə nəticələndi. Ermənilər uşaq, qadın, yaşlıları öldürdülər, əsir götürdülər, işgəncə etdilər. Xocalı qətliamını törətdilər.

Şükürlər olsun ki, Azərbaycan ordusu 3 il öncə işğalçıların başını əzdi və Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın işğaldan azad oldu. Təəssüf ki, bu şəhidlərimizin qanı bahasına başa gəldi. Allah rəhmət eləsin. Qazilərimizə isə can sağlığı diləyirəm.

- Ukraynada yaşayan soydaşlarımızla, diaspora ilə əlaqələrin necədir?
- Təbii ki, çoxlu tanıdığım, rəfiqələr var. Xüsusən də savaşa qədər. Diaspora fəallarından Nikolayevdə Anar Axundovu tanıyıram.

- Ukraynanın azadlığı uğrunda döyüşən azərbaycanlılar barədə nə deyə bilərsən?
- Bilirəm ki, yüzlərlə igidimiz burda savaşır və şəhidlərimiz var. Allah hamısına rəhmət eləsin. Bu dava haqq davasıdır. Rusiya aqressordur, onlar yadelli  işğalçılardır. Bu bir ildə etdikləri vəhşiliklərə görə onlar üçün nə bu dünyada, nə də o biri dünyada bağışlanma yoxdur.

Fikrimcə, Rusiya olmasaydı, bir çox ölkələr, xüsusən keçmiş sovetlər birliyində yaşamış ölkələr müharibənin nə olduğunu bilməyəcəkdi. Ona görə Ukraynada savaşan  azərbaycanlı qardaşlarımı salamlayıram. Azərbaycanlı qadın savaşçı isə deyəsən yalnız mənəm (gülür)

- Savaşdan sonra ilə bağlı nə düşünürsən?

- Mən ixtisasca iqtisadçıyam. Menecment ixtisası üzrə ali təhsilim var. Qələbədən sonra müəyyən planlar var təbii ki. Ancaq ilk öncə bir ana kimi övladlarımın sağlam böyüməsi, yaxşı təhsil alması və xoşbəxt yaşamaları üçün nə edəcəyimi düşünürəm.
 
Anar Natiqoğlu

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb