Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub

Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub
DÜNYA
22:16 28.11.2026
41
Noyabrın 28-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Ukraynaya qarşı döyüş əməliyyatlarının təminatında iştirak edən üç mühüm neft obyektini vurub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Telegram" kanalında yayılan məlumatında bildirilib.

Məlumata görə, vurulan obyektlər arasında Samara şəhərindəki "Urals" qovşağı, Başqırdıstandakı "Nurlino" stansiyası, eləcə də Rostov vilayətindəki neft emalı zavodu (NEZ) var.

Qeyd olunub ki, Samara vilayətinin Prosvet yaşayış məntəqəsi yaxınlığında Rusiyanın neft ixracının yarısınadək hissəsinin keçdiyi "Samara" xətti istehsalat-dispetçer stansiyası vurulub. Stansiyanın rezervuar parkında yanğın başlayıb.

"Bura Rusiyanın neft nəqliyyatı üzrə "Transneft" şirkətinin əsas qovşaqlarından biridir və burada "Urals" ixrac qarışığı formalaşdırılır", – məlumatda bildirilib.

Bundan əlavə, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yerləşən "Nurlino" xətti istehsalat-dispetçer stansiyası da vurulub. Stansiya Ukrayna sərhədindən 1 200 kilometrdən çox məsafədə yerləşir.

Baş Qərargahdan bildirilib ki, stansiya "Transneft"in magistral neft kəmərləri sistemində fəaliyyət göstərir və əsas magistral xətlər vasitəsilə böyük həcmdə Rusiya neftinin nəqlini təmin edir.

Ukrayna Müdafiə Qüvvələrinin digər hədəfi Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavodu olub. Müəssisə ildə 7,5 milyon tona qədər neft emal etmək gücünə malikdir. Ukraynanın hücumundan sonra zavod ərazisində güclü partlayışlar baş verib və yanğın başlayıb.
OXŞAR XƏBƏRLƏR