Premyer Liqa: "Sabah" komandası növbəti qələbəsini qazanıb

Premyer Liqa: "Sabah" komandası növbəti qələbəsini qazanıb
İDMAN
20:55 28.11.2026
82
"Sabah" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

AZXEBER.COM-un məlumatına görə, Bakı təmsilçisi XIII turda "Araz-Naxçıvan"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.

18-ci dəqiqədə Coy-Lens Mikels, 68-ci dəqiqədə Ksander Severina fərqləniblər.

Günün ilk görüşündə "Turan Tovuz" "Kəpəz"i məğlub edib - 2:1.

Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR