Ukrayna Rusiyaya zərbələri dayandırıb

Ukrayna Rusiyaya zərbələri dayandırıb
DÜNYA
09:50 30.10.2026
209
Ukrayna ABŞ Prezidenti Donald Trampın təzyiqindən sonra Rusiyanın neftayırma zavodlarına hücumlara müvəqqəti fasilə verib.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal” əməliyyatların gedişindən məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, oktyabrın ortalarında uzaqmənzilli zərbələr həyata keçirən Ukrayna bölmələrinə başlanmış əməliyyatları tamamladıqdan sonra neftayırma zavodlarına yeni hücumları dayandırmaq tapşırılıb.

ABŞ nümayəndəsi Cared Kuşner Kiyevi zərbələrə 30 günlük fasilə verməyə çağırıb. Ukrayna tərəfi isə bunun müqabilində Rusiyanın da enerji obyektlərinə hücumları dayandırmasına və ya əlavə "Patriot” raketlərinin verilməsinə çalışıb. Lakin bu təkliflərlə bağlı razılıq əldə olunmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə neftayırma zavodlarına zərbə endirilməsini qadağan edən əmrin olmadığını bildirib.

Qəzetin mənbələri qeyri-rəsmi fasilənin ABŞ-dakı aralıq seçkilərindən sonraya, hətta noyabrın daha sonrakı günlərinədək davam edə biləcəyini söyləyiblər. Kiyev hücumların dayandırıldığını rəsmən elan etməyib.
OXŞAR XƏBƏRLƏR