Tailandda nəşr olunan “Bangkok Post” qəzeti Ukraynanın bu ölkəyə 200 ədəd “Oplot” model tank satacağı haqda məlumat yayıb.
Alınan tanklar 1962-ci ildən Tailand ordusunun istifadə etdiyi ABŞ tanklarını əvəz edəcək. Seçim zamanı daha çox Cənubi Koreya, Rusiya, Almaniya və ABŞ istehsalı tankların maraq doğurduğu, lakin xərcinin az olması səbəbilə Ukrayna tanklarının alındığı bildirilib.
Ukraynalı mütəxəssislər 200 ədəd “Oplot” model tankın, Taylanda 230 milyon dollara - dəyərindən ucuz qiymətə satıldığını açıqlayıb.