Ukrayna üzrə üçtərəfli danışıqlar nə vaxt keçiriləcək? - Peskovdan açıqlama

Ukrayna üzrə üçtərəfli danışıqlar nə vaxt keçiriləcək? - Peskovdan açıqlama
DÜNYA
17:24 13.09.2026
160
"Rusiyada Ukrayna üzrə üçtərəfli danışıqların artıq oktyabr ayında keçirilə biləcəyi istisna edilmir".

"Kommersant" nəşri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bəli, biz belə bir imkanı istisna etmirik. Biz məhz yaxın gələcəkdən bəhs edirik", - deyə o qeyd edib.

Peskov, həmçinin bildirib ki, Hindistanın Baş naziri Narendra Modi və Çin Sədri Si Cinpin BRICS sammitində Vladimir Putinə Ukrayna ilə münaqişənin həllində fəal şəkildə kömək təklif ediblər. Bundan əlavə, danışıqların Əbu-Dabi şəhərində keçirilməsi imkanı da müzakirə olunur.

///oxu.az///
OXŞAR XƏBƏRLƏR